Xəbərlər

Hər bir şirkətin əldə etdiyi uğur, imza atdığı layihələr onun inkişaf dinamikasının, peşəkarlıq səviyyəsinin və iddialılığının göstəricisidir. Belə ki biz “BİZNES LOU” MMC olaraq 6 illik fəaliyyət tariximizdə əlamətdar hadisələrlə məmnuniyyətlə bölüşürük:
21 yanvar 2004-cü il - “BİZNES LOU” öz internet səhifəsini yeniləyərək, Sizlərə yüksək səviyyəli xidmətləri göstərməkdə davam edir.

2009-cu il - “BİZNES LOU” göstərdiyi xidmətlərin miqyasını genişləndirmək, onlara yeni istiqamət vermək və öz Müştərilərinə dünyanın istənilən nöqtəsində peşəkar hüquqi xidmətin göstərilməsi üçün yeni iş partnyorları “Motei and Associates” və “Proffesional Solutions” ilə birgə əməkdaşlığa başladı..

27 fevral 2009-cu il
- “BİZNES LOU” şirkəti ilə “CNIM AZƏRBAYCAN LTD” şirkəti arasında “Ümumi Biznes Məsləhət Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilənin” imzalanması şirkətimizin uğurlarını daha da artırmışdır..

18 mart 2008-ci il
- Yeni texnologiyalar əsasında Azərbaycanda tikiləcək yeni ilkin alüminium istehsalı zavodunun Baş Podratçısı olan Çin Xalq Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş “SİCHUAN MACHİNERY&EQUİPMENT IMPORT&EXPORT Co.Ltd.” şirkəti ilə hüquqi, maliyyə, audit və təşkilati xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən şirkətimiz müvafiq xidmətləri yüksək səviyyədə göstərməkdə davam etməkdədir.

2007- 2008-ci illər
ərzində “BİZNES LOU” bir çox nüfuzlu şirkətlərə və onların Azərbaycandakı Nümayəndəliklərinə xidmət göstərməklə onların hüquqi və maliyyə məsləhətçisi və marketinq bələdçisinə çevrilmişdir. Bunlar tanınmış «Airbus» (Франция), «Anadolu», ECON (Турция), «Noble Resources» (Гонк-Конг), «Azerinşaatservis» LTD, «3 A»LTD, «C.A.N. Marketing & Konsalting» LTD, «Şərəf Şippinq Azərbaycan» LTD, «Detal Holding» və s. .

25 dekabr 2006-cı il
- Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Əmlak Komitəsi, “Ernst&Young Holdings (CIS) B.V. və “BİZNES LOU” şirkəti arasında tarixində “Məsləhət Xidmətlərinin Göstərilməsi Haqqında” Müqavilə imzalandı. Bu Müqaviləyə görə Azərbaycan Respublikasında telekommunikasiya sahəsində qüvvədə olan qanunvericiliyin əsas tərkib hissəsi haqqında normativ hüquqi aktların qısa icmalı hazırlanmışdır. “BİZNES LOU” şirkəti tərəfindən “Azərbaycan Respublikasının Telekommunikasiyaya Dair Qanunvericiliyinin Hüquqi Təhlili” adlı kitabının çapa hazırlanması və nəşr edilməsi əlamətdar hadisə kimi qeyd olunmuşdur. Bu müqavilə üzrə «Azərcell Telekom MMM» Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin ümumi hüquqi vəziyyətinin analizindən ibarət olmaqla, şirkətin mövcud olduğu bütün müddət üzrə korporativ idarəçiliyi,  şirkətin təsisçiləri, xüsusi fəaliyyət növləri ilə məşğul olma, əmlak, əmək və məhkəmə-hüquq münasibətlərin hüquqi qiymətləndirilməsi “BİZNES LOU” MMC-yə həvalə olunmuşdur.

21 yanvar 2004-cü il
- Türkiyənin elektrik və enerji sistemlərinin quraşdırılması sahəsində qabaqcıl şirkətlərindən biri olan “Arjen Mühəndislik Elektrik və Enerji Sistemləri Sənaye Taahhüt və Ticarət LTD” Şirkəti “BİZNES LOU” MMC-yə müraciət edərək hüquqi və maliyyə konsaltinq xidmətlərinin göstərilməsinə dair 5 illik müqavilə imzalayır.

Rus dili Ingilis dili