Xidmətlər

1. Azərbaycan Respublikasının hüdudlarında istənilən müəssisələrin, şirkətlərin və xarici hüquqi və fiziki şəxslərin nümayəndəliklərinin, habelə onlara edilmiş dəyişikliklərin dövlət qeydiyyatının aparılması;

2. Offşor, vergisiz şirkətlərin və xüsusi vergi rejimli şirkətlərin yaradılması, bank hesablarının açılması və onların dövlətdən müstəqil şəkildə aparılması

3. Holdinqin yaradılması üzrə bütün növ xidmətlərin göstərilməsi;

4. Xarici şirkətlər (xarici şirkətlərin nümayəndəlikləri, xarici investisiyalı şirkətlər) tərəfindən həyata keçirilən biznesin hüquqi təcrübi-konsultasiya müşayiəti.

5. Azərbaycan şirkətləri tərəfindən xaricdə həyata keçirilən biznesin hüquqi müşayiəti.

6. Fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranan məsələlərin həlli üzrə hüquqi tövsiyyələrin verilməsi və onların reallaşdırılması;

7. Mülkiyyət formasından asılı olmayaraq müxtəlif hüquqi şəxslərin, müəssisələrin və təşkilatların təşkil və ləğv edilməsi;

8. Fiziki və hüquqi şəxslərin maraqlarını, hüquqlarını və mənafelərini qoruyan bütün növ mülki- hüquqi sənəd və aktların işlərin hazırlanması, onların dövlət notariat kontorunda təsdiq edilməsi və bağlanması zamanı iştirakın təmin edilməsi;

9. Korporativ formasından, istehsalat həcmindən və perspektivlərindən asılı olmayaraq istənilən təşkilatın təkmilləşdirilməsi, yeni layihələrlə bağlı hüquqi rəylərin verilməsi, zərurət yarandıqda onların icrası;

10. Potensial kontragentlərin təkliflərinin, işgüzar yazışmalarının, müqavilə layihələrinin təhlili əsasında onların dürüstlüyü və məsuliyyətinin qiymətləndirilməsi. Kontragentin seçimi və əqdlərin xarakteri üzrə tövsiyələrin verilməsi.

11. Binalarla, qurğularla, torpaq sahələri, sənaye müəssisələri, gəmilər, avadanlıq və digər əmlakla bağlı qiymətləndirmə aktlarının tərtib edilməsi;

12. Azərbaycan Respublikasının ərazisində biznes fəaliyyətinin həyata keçirilməsi üçün xarici vətəndaşlara lazım olan vizaların, iş və qeydiyyat sənədlərinin alınması.